Az

erbaijan

 Font Converter   
Azerbaijan Font Converter
Converter.AZNet.org


About
Converter
Rules
Fonts
Alphabet
   AZERI  ENGLISH  RUSSIAN 
  Search.AZNet.org - Azerbaijan Resources on the NetWebMail.AZNet.org - Online Mailing System

Azərbaycan dilində veb səhifə yaratmaq üçün aşağıdakı qaydalara riayət edin:
  1. META teqində göstərilən səhifənin kodu UTF-8 olmalıdır;
    • Bu sətri səhifənizə HEAD teqindən sonra əlavə edin:
      <META HTTP-EQUIV="Content-Type" CONTENT="text/html; CHARSET=UTF-8">

  2. Palatino Linotype və ya Microsoft şirkəti tərəfindən Windows 2000Windows XP əməliyyat sistemlərində dəstəklənən şriftlərdən istifadə edilməlidir.
    • Windows 2000Windows XP əməliyyat sistemlərində Azərbaycan dilində mətn yığmaq imkanını əldə etmək üçün "Dil gurumu" bölməsində (Control Panel > Regional Options > Language settings) kiriltürk dil gruplarının dəstəyinə icazə verin.
    • Digər əməliyyat sistemi istifadə olunduğu təqdirdə, Palatino Linotype şrifti ilə mətn yığımı üçün Converter-dən istifadə edin. Bunun üçün mətn yığımı üçün sadalanan qeyri standart şriftlərin birindən istifadə edib, sonra o mətni Converterin köməyi ilə Palatino Linotype-a çevirin.

  3. Səhifənin HTML kodunda istifadə olunan şrifti göstərin. Bunu aşağıdakı üsullarla etmək olar:
    • FONT teqi köməyi ilə. Bu halda şrift hər mətn bölümü üçün göstərilməlidir:
      <FONT FACE="Palatino Linotype">Mətn bölümü</FONT>
    • BASEFONT teqi köməyi ilə. Bu teq HEAD teqi daxilində yerləşməlidir. BASEFONT bütün səhifə üçün şrifti müəyyən edir. Yalnız Microsoft Internet Explorer üçün etibarlıdır:
      <BASEFONT FACE="Palatino Linotype">
    • CSS-ın köməyi ilə. Gərəkən HTML teqlərin adlarını aşağıdakı koda əlavə edin və onu HEAD teqinin içinə qoyun:
      <STYLE><!--
      body{font-family:Palatino Linotype,Lucida Sans Unicode,Verdana}
      p{font-family:Palatino Linotype,Lucida Sans Unicode,Verdana}
      td{font-family:Palatino Linotype,Lucida Sans Unicode,Verdana}
      b{font-family:Palatino Linotype,Lucida Sans Unicode,Verdana}
      --></STYLE>

  4. Spesifik Azərbaycan hərflərinin iki yığım üsulu var:
    • Birbaşa klaviaturadan Palatino Linotype şrifti ilə. Bu üsulla yığılmış HTML kodunu yaddaşa gondərdikdə mətn redaktorunda (Notepad) mətnin kodu UTF-8 (File > Save As > Encoding: UTF-8) olmalıdır;
    • Simvolların ASCII kodunu göstərməklə, yəni şrift cədvəlində simvolun yerləşdiyi damanın nömrəsini göstərməklə. (Məsələn: Ə - &#399; | ə - &#601; | Ü - &#220; | ü - &#252; | Ö - &#214; | ö - &#246;)

Bu alətə əlavə olaraq Siz aşağıdakı Azərbaycan dilində HTML səhifələri yaratmağı yüngülləşdirən alətləri (MS Word üçün Plug-In, MS FrontPage üçün Plug-In, MS Word üçün Azərbaycan şrift konvertoru) AzerSoft səhifəsindən yükləyə bilərsiniz.

Web Master